Qan yaddaşımız

April 6th, 2009 by ziko


Bunu hamı bilməlidir!
1813-1828-ci illərə qədər Azərbaycan dövlətlərinin sahəsi 410 kv km. olmuşdur.
1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv km.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən. 130 min kv km.
1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı – sahəsi 9 min kv. km.
Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi 7 min kv km.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi – təxminən 114 min kv. km.
1920-ci ildə ADR-i işğal edən rus Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri:
Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı mahalı – birlikdə sahəsi: 27,4 min kv. km.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi – 86,6 min kv. km.

Azərbaycanın 1988-1994-cü illərdə işğal etdirilmiş əraziləri
(Cəmi: 13210 kv. km.)
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, əsgəran, Xocavənd, Ağdərə, Hadrut): işğal tarixi- 1988-1994-cü illər (sah.: 4388 kv km.) Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, əngilan.

Xankəndi

İşğal tarixi – 26 dekabr 1991-ci il.
Ərazisi – 1048 km2
Əhalisinin sayı – 57000
İnzibati mərkəzi – Xankəndi
Coğrafi mövqeyi:
Dağlıq Qarabağın mərkəzi. Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir.

Xocavənd
İşğal tarixi -18 fevral 1992-ci il
Ərazisi – 1458 km2
Əhalisinin sayı – 84000
İnzibati mərkəzi -Xocavənd
Qəsəbələr / Kəndlər:
Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai.
Coğrafi mövqeyi:
Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Xocalı
İşğal tarixi – 26 fevral 1992-ci il
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır.
Ərazisi – 922 km2
Əhalisinin sayı – 11544
İnzibati mərkəzi – Xocalı
Qəsəbələr / Kəndlər:
Xocalı şəhəri, Xankəndi, Kərgicahan qəsəbəsi, Kosalar kəndi, CəmilH kəndi, Meşəli kəndi. müqəddəsləşdirib.
Coğrafi mövqeyi:
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

Şuşa
İşğal tarixi – 8 may 1992-ci il
Ərazisi – 289 km2
Əhalisinin sayı – 241165
İnzibati mərkəzi – Şuşa
Qəsəbələr / Kəndlər:
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Coğrafi mövqeyi:
Şuşa Qarabağ silsiləsində 1400-1500 metrdən çox yüksəkliyə malik hamar platoda yerləşir. Dağ-iqlim kurortudur. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu və Şırlan) var.

Ağdərə
İşğal tarixi – 17 iyun 1993-cü il
Ərazisi – 170.6 km2
Əhalisinin sayı – 47000
İnzibati mərkəzi – Ağdərə.
1992-ci ildə, Əbülfəz Elçibəyin prezidentliyi zamanı Ağdərə ləğv olunaraq üç qonşu rayon – Kəlbəcər, Tərtər və Ağdam arasında bölüşdürülüb.

Laçın
İşğal tarixi – 18 may 1992-ci il
Laçın rayonu 1924-cü ildə təsis edilmişdir.
Ərazisi – 1875 km2
Əhalisinin sayı – 61763
İnzibati mərkəzi – Laçın
Qəsəbələr / Kəndlər:
Laçın şəhəri, Qarıkaha, Güləbird, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Səfiyan, Türklər, Xanallar, Suarası, Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə, Tərxanlı, Dəyhan, Dəyirmanyanı, Malxələf, Məlikpəyə, Mazutlu, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, İrçan Xumarta, Çəmbərəxaç, Fətəlipəyə, Ağanus, Unannovu, Turşsu, Kərəviz, Zerti, Xırmanlar, Tığik-1, Tığik-2, Ağbulaq, Zabux, Qızılca, Sus, Malıbəy, Hüsülü, Ziyrik, Ağoğlan, Cağazur, Qarqışlaq, Soyuqbulaq, Zeyvə, Qılışlı, Hacılar, Sadınlar, Bqzlu, Qalaça, Mirik Quşçu, Əhmədli, Mİnkənd, Ağbulaq, Qarakeçdi, Katos, Şeylanlı, alxaslı, Kamallı, Çıraqlı, Mişni, Sonasar, Mayıs, Hocaz, Uluduz, Mollalar, Bülündüz, Ayıbazar, İpək-1. İpək-2, Pircahan, Alıqulu, Seyidlər, Qaraçanlı-1, Qaraçanlı-2, Qoşasu, Bölüvlük, Alpoııd, Ağcakənd, Təzəkənd, Ərədəşəvi, Haxnəzər, Qozlu, Fingə, Vağazin, Kalafalıq, Bozgüney, Arduşlu, Ağcayazı, Fərraş, Nurəddin, Piçənis, Xaçıyalı, Çorman, Şamkənd, Nağdağı, Bozdağan, Çorman, Ələkçi, Kürdhacı, Ərikli, Hacsamlı, Aşağı Qarasaqqal, Yuxarı Qarasaqqal, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Qorçi, Zağaaltı, Oğuldərə, Ağalaruşağı, Daşlı, Hətəmlər, Vəlibəyli, Kaha, Nanşlar, Şəlvə, Imanlar. Danbulaq, Hactxanlı, Qovuşuq, Budaqdərə, Qayğı qəsəbəsi.
Coğrafi mövqeyi:
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir.Ərazisi əsasən dağlıq relyefdən ibarətdir.Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır.

Kəlbəcər
İşğal tarixi 3-4 aprel 1993-cü il.
Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir.
Ərazisi – 1936 km2
Əhalisinin sayı – 53962
İnzibati mərkəzi – Kəlbəcər
Qəsəbələr / Kəndlər:
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Ləmbəran ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılmclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarh, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli. Günəşli.
Coğrafi mövqeyi:
Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir.Laçın, Ağdərə, Goranboy, Xanlar, Daşkəsən rayonları və Ermənistan Respublikasıyla həmsərhəddir.Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir.. Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.

Ağdam
İşğal tarixi – 23 iyul 1993-cü il
1930-cu ildə Ağdam inzibati rayonu təşkil olunmuşdur.
Ərazisi – 1154 km2
Əhalisinin sayı – 153154
İnzibati mərkəzi – Ağdam
Qəsəbələr / Kəndlər:
Quzanlı, İmanqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Usublu, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Həsənçobanlı, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı. Çəmənli, Şükürağalı, Saraclı, Xındırıstan, Sarıçoban, Dadaşlar, Kəlbahüseynli, Paşabəyli, Yüzbaşılı-I, Yüzbaşılı-II, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qorvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqıslaq, Nəmirli, Təzəkənd, Mərzili, Ergi, Şahbulaq.
Coğrafi mövqeyi:
Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəddir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbindədir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəkliyi 1365 metrdir.Rayonun relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ düzünün mütləq hündürlüyü cənub-qərbdən şimal-şərqə doğru tədricən azalır. Ərazidə əhəng daşı, sement xammalı, çınqıl və qum yataqları var. Rayon ərazisində Xaçın və Qarqar çayları axır.

Cəbrayıl
İşğal tarixi – 23 avqust 1993-cü il
Cəbrayıl inzibati rayonu 1930-cu ildə təşkil edilmişdir
Ərazisi-1050 km2
Əhalisinin sayı-54430
İnzibati mərkəzi – Cəbrayıl
Qəsəbələr/Kəndlər:
Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çaprand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovşudlu, Hacı İsaqlı. Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu stansiyası, Fuğanlı, Dəjəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxaj, Alıkeyxalı, Maşanlı, Hasanlı, B.Mərcanlı, A.Mərcanlı, Mehdili, Çaxırlı, C.Mərcanlı, Minbaşılı. Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar. Hacılı, Tulus, Dağ Tumas, Qaraağac. Sofulu, Çələbilər, Dağ Maşanlı. Qazanzəmi, Söyüdlü, A.Maralyan, Y.Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli
Coğrafi mövqeyi:
Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşmişdir. Rayon cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır.

Füzuli
İşğal trixi – 23 avqust 1993-cü il
Füzuli inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.

Ərazisi-1361
Əhalisinin sayı 110000
İnzibati mərkəzi – Füzuli
Qəsəbələr/Kəndlər:
Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərkar. Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürmahmudlu, Yuxarı Kürmahmudlu, Alıxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Araz Yağlıkənd, Arayallı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Füzuli şəhər, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysalli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Küzlək, Xatınbulaq, Qacar, Divanlılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dsdəli. İşıqlı, Qarqabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətkarlı, Zərkar, Qərbənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Horadiz, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələskərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzlək, Aşaği Rəfədinli, Üçbulaq, Kovşad, Cuvarlı, Xələfşə, Çimən
Coğrafi mövqeyi:
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Qubadlı
İşğal tarixi – 31 avqust 1993-cü il
Qubadlı inzibati rayon kimi 1933-cü ildə yaradılmışdır
Ərazisi – 826 km2
Əhalisinin sayı – 31300
İnzibati mərkəzi – Qubadlı
Qəsəbələr / Kəndlər:
Qayalı, Abdalanı, Ləpəxeyranlı, Mahmudlu, Dondarh, Mirlər, D.Msxanlı, Saray, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtiz, Zor, Y.Xocamsalh, Mehrili A.XocamsalIı, Hal, Qəziyan, Məmər, Mollalı, Ballıqaya, Çərəli, Boynakər, Soldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Qiyaslı, Əbilcə, Xocahan, Tinli, Qilican, Tatar, Qiyaslı, Qaraqoyunlu, Zilanlı, K.Mahruzlu, Seləli, Mahruzlu, Muğanlı, Alaqurşaq, Xanlıq, Həmzəli, Əfəndilər, Yusifbəyli, Çaytumas, Y.Mollu, A.Mollu, Mollaburan, Xoçik, Mərdanlı, B.Soltanlı, Padar, Qaraimanlı, Qaracalh, Qarakişilər, Qarağac, Sanyataq, Muradxanoı, Həkərli, Xəndək, İşıqlı, Başarat, Milallı, Hat, Deşdahat, Armudluq, Çardaxh, Tarovlu, Xələc, Əyin, Göyərcik, Cılfır, Seytas, Göyərabas, Bəxtiyarlı, Novlu, Məzirə, Giircülii, Dovudlu, Qədili, Eyvazlı, T.Müskanh, Bala Həsənli, Xıdırlı, A.Cİbikli, Y.Cibikli, Xallava, Məlikəhmədli, Qundanh, Ə.Uşağı.
Coğrafi mövqeyi:
Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağla 42 km-lik sərhəd zolağı var. Eyni zamanda Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir.

Zəngilan
İşğal tarixi – 30 oktyabr 1993-cü il
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir.
Ərazisi – 707 km2
Əhalisinin sayı – 31330
İnzibati mərkəzi – Zəngilan
Qəsəbələr / Kəndlər:
Zəngilan şəhəri, Mincivan ,Malatkeşin ,Keçikli ,Genlik ,Beşdəli ,Sarıqışlaq ,Birinci Ağalı ,İkinci Ağalı ,Üçüncü Ağalı, Birinci Alıbəyli ,İkinci Alıbəyli ,Rabənd ,Yenikənd ,Sarıl ,Xumarlı,Bartaz ,Bartaz ,Qarqulu ,Əmirxanlı ,Vejnəli ,Ağbənd ,Hacallı ,Həkəri ,Şərifan, Muğanlı, Xurama, Böyük Gilətağ, Dərə ,Şamlı, Aladin, Vənətli, Muğanlı, Mirzəhəsənli, Canbar, Pirveys, Günqışlaq, Yuxarı Gəyəli, Ağkənd, Qazançı, Cahangirbəyli, Tatar, Turabad, Vəliqulubəyli, Tiri, Zəngilan kəndi, İ.Müşlan, Q.Müşlan, Üdgün, Məlikli, İsgəndərbəyli, Ağbiz, Ağakişilər, Qarababa, Y.Yeməzli, O.Yeməzli, A.Yeməzli, SarallıXəştab, Quyudərə, Seyidlər, Məmmədbəyli, Babaylı, Zərnəli, Havalı, Ördəkli, Qaragöz, Qaradərə, Rəzdərə, Şəfibəyli, Məşədiismayıllı, Kolluqışlaq, Şatarız, Çöpədərə, Dəlləkli, Baharlı, Sobu, Şayıflı, Qaragöl, Yusiflər, Nəcəflər, Aşağı Gəyəli, Bürünlü, Otuzikinci kənd.

Report This Post

Azərbaycan Respublikasının Dövlət himni

April 5th, 2009 by ziko

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il may ayının 27-də Milli Məclisin 142 saylı qərarı ilə " Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Report This Post

Azərbaycan Respublikasının Dövlət gerbi

April 5th, 2009 by ziko

1919-cu ilin noyabr ayında Azərbaycan Xalq Cumhuriyyəti-nin gerbinin təsviri üçün müsabiqə təyin edildi. Müsabiqəyə 1920-ci il may ayının 30-da yekun vurulmalı idi, lakin həmin ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində, gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Report This Post

Milli atributlarımız

April 5th, 2009 by ziko

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

DÖVLƏT BAYRAĞI

Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Üç rəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayrağımızdakı aypara şəklinin maraqlı tarixi var. 1453-cü ildə Konstantinopol (indiki İstanbul şəhəri) Osmanlı sultanı II Mehmed Fateh tərəfindən fəth edildi. Osmanlı türkləri aypara işarəsini özlərinin dövlət rəmzi kimi qəbul etdilər. Bir müddət sonra Osmanlı imperiyası bütün dünyada islamın təmsilçisinə çevrildi. Beləliklə, aypara müsəlman aləmində həmrəylik, hürriyyət, yardım rəmzi kimi qəbul edildi. Hazırda bir sıra müsəlman dövlətlərinin bayrağında bu rəmzi görmək olar.
Səkkizguşəli ulduza gəldikdə isə, bu element Azərbaycan memarlıq, zərgərlik, şəbəkə sənətində geniş yayılmış ornament növlərindəndir. Belə bir fikir də var ki, səkkiz guşə “Azərbaycan” sözünün ərəb əlifbası ilə yazılışındakı 8 hərfi işarədir.

Report This Post

Milçək

April 2nd, 2009 by ziko

Dünən oxuduğum və çox mənalı hesab etdiyib məqaləyə kiçik dəyişikliklər edərək sizlərlə bölüşürəm.
O, bəstəboy bir adamdır. Yol yerişi vızıltılı, oturuşu yüngül, beyni dilindən iti işləyir, əməlləri isə kiçikdir. Demək olmaz ki, Allah onu tanımır, amma bəxti olan adam da deyil. Sakitcə yumurlanıb yatır, üstünə örtdüyü içi boş yorğan çiyinləri tərəfdən elə köpürüşüb ki, deyirsən qanadları var. Səhər açılır, yuxudan oyanan kimi saata baxır. İyirmi beş dəqiqəyə özünü işə çatdırmasa yenə maaşından tutacaqlar. Borcu çox olduğundan son vaxtlar işə gecikmir. Yataqdan qalxıb yuyunur, mətbəxə boylanır. Səhər yeməyi hazır deyil. Həyat yoldaşı bir sözə bənddir. Çənə döysə həm işə gecikəcək, həm ac qalacaq, həm də hirslənəcək. Son vaxtlar hirslənən kimi elə bil, qulağında içinə külək dolur, günlərlə belə içi vızıltılı gəzir. Gözü gördüyünü seçmir, yazmaqdan savayı əlindən heç nə gəlmir. Yazısı dərc olunmayanda isə yenidən borclanmaq məcburiyyətində qalır. Bu gün sifarişlə yazı yazmalıdır, ona görə da hirslənmək istəmir.
Həyat yoldaşı səhərin gözü açılmamış sobada çörək qızdırır. Çörək od üstündə çırtıldadıqca arvad da çırt-çırt deyinir. Yoldaşının küsüb atası evinə getməsi son illər adi hala çevrilib. Qəribəsidə budur ki, haçan və nədən küsdüyünü o heş özü də bilmirdi. Bütün bu küsülülərin kökü əslində çox dərindir.İçinin darıxan, adamayovuşmaz qorxusunu hər dəfə küsüb-barışmaqla soyudan arvadının bu dərinlikdən xəbəri yoxdur. Küsüb getmək ər qəlbinə sığmayan, kasıb, özü bildiyi kimi yaşayan ərinə arvad tərəfindən bioloji cəza tədbiridir. Beləcə, vaxta təvəkkül yaşayırdı.
Ütüsüz şalvarını geyinib, dolabdan qısaqol qara köynəyini tapır, köhnə gödəkçəsini geyinib, çantasını qapının ağzına it kimi oturdub, çəkmələrini əlinə alıb barmaqlarının ucunda qapını açır və çəkmələrini çöldə geyinir. Maraqla ona baxıb aşağı düşən qonşudan saatı soruşur. Doqquza on beş dəqiqə qalıb. Pilləkənləri iki-iki düşərək dayanacağa tərəf iti addımlarla irəliləyir. Artıq yerindən tərpənmiş avtobusun arxasıyca qaçır və başa düşür ki, o, bu gün də işə gecikəcək. Belə də olur. İşə çatanda artıq saat 09:07 olur. Qapıçı adını “qara siyahıya” yazıb ədayla onu idarəyə burxır. İçəri keçəndə şöbə müdiri ilə burun-buruna gəlir.
- Yenə gecikmisən? – deyə şöbə müdiri səslənir.
- Pulumdan tutursunuz da! – deyib keçmək istəyir.
Müdir deyəcəyi bəd xəbəri mümkün bədii çalarlarla bəzəyir ki, xəbər ona pis təsir etsin: “Dünənki yazına bir fındıq! Nömrədən çıxartdım! Zəif yazmışdın, həm də qərəzli idi, dili də ki, bərbad. Üç gün sərasər işlətdiyin yanacağın pulunu da maaşından çıxacam! Get otur, izahat yaz, bəlkə rüşvət almısan?”
- Bəlkə maaşımdan İraqa da yardım edəsiniz?!
- Dünənki yeni sifarişi də səndən alıb Namıqə verəcəm! Get izahatını yaz! Orxan Fikrətoğlu olub mənim üçün, hazırcavablığına bir bax.
- Yazaram! – danışmağın mənasız olduğunu anlayıb otağa daxil olur.

Otaq yoldaşları çoxusuna borcu olduğu “görüm-baxıma” işləyən qayğısız gənclərdir. Elə bu borca gцrə də onların məntiqsiz cızma-qaralarına düzəliş verir, hər keçən gün borcunu qaytarıb, daha onların əvəzinə yazı yazmayacağını düşünürdü. Amma nə edirdisə xeyri yox idi, maaşdan-maaşa borcu daha da artırdı.
Masanın üstü yenə yarımçıq yazılarla dolu idi. İş yoldaşlarının başı internetə elə qarışıbdır ki, onun içəri girdiyini heç hiss belə etmirlər. Sakitcə otaqdan çıxıb yeməkxanaya düşür, çay sifariş verir. Gözü yenə nədənsə ağlayan baş redaktorun katibəsinə sataşır. Katibə ilə baş redaktorun arasında yalnız özlərinin gizli bildiyi, hamı üçün isə aşkar olan sevgi münasibəti var. Çayını içərkən katibənin ona danışdıqlarını səbrlə dinləyib ayağa qalxır. Siqaret çəkmək üçün dəhlizin başındakı iri, divar əvəzi şüşəyə söykənir. Hava istidir, pəncərədən tərli şəhər görünür. Küçədən keçən insanların, maşınların səsləri eşidilmir, elə bil dünyanın səsi tutulub. Lap yaxından eşidilən qəfil milçək səsi elə bir sükutu pozur. Gözləri pəncərədə vızıldayan əksinə sataşır. Bu, balaca, qara milçəkdir. Qanadları yeyin, oturuşu yüngüldür, yumurlanıb oturub. Birdən yenə qulağəndan külək səsi dolur, sinəsi viyildayır, hiss edir ki bərk hirslənib. Hirslənməyinin səbəbinin xatırlaya bilmir. Yumruğu ilə şüşədəki əksinə vurur, şüşə çartlayır, vızıltı daha da artır. Bu zaman o, barmaqları ucunda hoppanıb başı ilə şüşəni sındırır. Şüşənin qırıntıları əlini, üzünü kəsib qanadır. Səsə otaqdan redaksiyanın işçiləri çıxır. Ona hamıdan tez çatmış şöbə müdiri istehza dolu səslə “Neyləyirsən?” – soruşur.
- Uçdu??
- Kim uçdu, nə uçdu? – deyə şöbə müdiri bu dəfə səsini boğur.
- Milçək uçdu, milçək!
Şöbə müdiri və onun başına toplaşan iş yoldaşları neçə il birgə işlədikləri adamın yalnız indi milçək olduğunu görüb heyrətlə bir-birinə baxırlar…

Report This Post

Naməlum tanış.

March 29th, 2009 by ziko

Hamını salamlayıram. Son günlər Yumoonun bloqlarında və divanında oğlanla qızın dostluğundan, sevgi-məhəbbətdən, məşuqədən, aldatmaqdan çox danışılır. Fikirləşdim olmuş bir əhvalatı, qəhrəmanlarının adlarını dəyişərək Sizlərlə bölüşüm.
Tural ilə Leyla artıq 2 ilə yaxındır ki bir-birlərini sevirlər. Tural çox qisqanc oğlandır, ancaq Leylaya inamı sonsuzdur. Leyla da Turalı çox sevirdi, onlar ailə həyatı qurmağa hazırlaşırdılar. Yuxarıda da qeyd etdiyim kimi Tural həddindən artıq qısqanc olduğundan Leylanın internete girməyindən xoşu gəlmirdi. Leyla isə işi ilə əlaqədar elektron poctuna girmək məcburiyyətində olduğunu, digər tanışlıq saytlarına isə girməyəcəyini söz verir və elektron poçtun şifrəsini də Turala söyləyir ki, sevdiyi oğlanın ürəyində xal qalmasın. Belə 2-3 ay keзir. Leyla daha sərfəli təklif aldığı üçün iş yerini dəyişir və artıq ona elektron poçt lazım olmur. Lakin keçmiş əməkdaşları və dostları ilə əlaqəni kəsməmək üçün poçt qutusuna daxil olur və təbii ki Turalın da bundan xəbəri var. Bir neçə ay keçir. Günlərin bir günü Leyla təlaşlı şəkildə Turala zəng edir və: “Tural, poçt qutuma nəsə olub, nə edirəmsə girə bilmirəm, deyəsən çoxdandı istifadə etmədiyim üçün bağlayıblar. Gir sən də bax gör bəlkə bir şey edə bildin.” deyir. Bu xəbər Turalı çox sevindirir, lakin bunu biruzə etmir. Sevgilisinin xahişini yerinə yetirmək üçün həmin ünvana daxil olur, ancaq qutu açılmır ki açılmır. Qutun bərpa etmək olardı amma sevgilisinin bunu fikirləşməyəcəyini düşünür və sevincək şəkildə Leylaya zəng vurur: “Elə yaxşı oldu bağlandı, daha heç ora da girmə, onsuzda sən artıq işini dəyişmisən, bu ünvan da sənə lazım deyil”. Qız ünvanın bağlandığına pis olur, ancaq Turalla razılaşır və internetlə birdəfəlik qurtardığını bildirir.

Aradan daha 2-3 ay keçir, artıq ailələr arasında nişana hazırlıq işləri gedir. Günlərin bir günü Tural öz poçt qutusunu yoxlayan zaman, ağlına gələcək nişanlısının bağlanmış poçtunu yenidən bərpa etmək fikri gəlir. Leylanı gözəl tanıdığı üçün bu elə də çətin olmur. Verilən suallara düzgün cavab verərək yeni şifrəni əldə edir. Ünvana daxil olarkən şoka düşür. Son məktub dünənki tarixdə gəlib və oxunub. Elə bil Turalın başına qaynar su tökürlər, dünya başına fırlanır. Evdə olduğuna baxmayaraq elə otaqdaca siqaret yandırıb bir-bir gələn və gedən məktubları oxuyur. Heç demə ünvan ümumiyyətlə bağlanmayıbmış, sadəcə olaraq Leyla şifrəni dəyişib və Turalın ünvanın bağlanmasını fikirləşməyi üçün belə fırıldaq işlədib. Həmin ünvanda 2 oğlan və bir qızla çox “səmimi” söhbət eliyir. Qız, Turalın da tanıdığı rəfiqəsi (Vəfa), oğlanlarla isə tanışlıq saytlarının birində tanış olduqları aydın olur. Vəfadan gələn son məktubda. "ты сегодня зайдешь в чат?" cümləsini oxuyur və bilir ki Leyla nəyinki burda hətta chatda da oturur. Kürəyindən ağır zərbə alan Turalın atrıq gözünə heç nə görünmür, həyatı qədər sevdiyi qız onu aldadıb. Zəng edib ona dişinin dibindən çıxanı demək istəyir, amma özünü bir təhər cilovlayır, zəngin və ya görüşün çox yumuşaq bir cavab olacağını fikirləşir və daha sərt bir cavaba addım atır. Leylaya onun vurduğu zərbəyə cavab olaraq rəfiqəsinin mail agentini götürür, özünə təzə agent açır, uydurulmuş ad (Samir) seçir, şəkil qoyur, başlayır Vəfayla tanış olub danışmağa. Ertəsi gün təzə alındığı bilinməsin deyə, tanışlıq yolu ilə köhnə seriyadan olan nömrə alır saxlayır. Daha bir gün Vəfayla belə danışdıqdan sonra, agentdən istifadə etməyin narahat olduğunu bildirir və hansısa bir chatdan istifadə etməyi təklif edir. Vəfa razılaşır və özünün istifadə etdiyi chatı məsləhət görür. Bu Turalın planının bir parçası idi və o artıq Leylanın hansı chatda oturduğunu aydınlaşdırır. Adını çəkmədiyim chata Vəfanın dostu kimi girir 1-2 gün chatda danışır, həmin vaxt ərzində sevdiyi qız Leylanı da chatda görür, ancaq bir söz demir. Vəfanın dostu kimi Leylayla da həmsöhbət olur. Onun nələri xoşladığını, maraq dairəsinin necə olduğunu, hansı ətirdən, rəngdən, restorandan və s. isitifadə etdiyini bildiyi üçün söhbətləri də məhs bu səpkidə aparır. Qız isə bu naməlum Samirin sözlərindən hayıl-mayıl olur, bütün maraqlarının ortaq olduğuna görə söhbətləri də gözəl alınırdı. Ancaq bir dəfə Leyla Samirin yazı stilini adını çəmədiyi bir adama oxşadır. Samir (əslində Tural) isə öz növbəsində bu chata Vəfaya görə girdiyini və onun dostu olduğunu bildirir. (Çox güman ki,rəfiqələr yəqin ki, bu faktı dəqiqləşdirlər və Leyla əmin olur ki o Samiri tanımır.) Bu münvanla 4-5 gün keçir… “Təzə tanışlar” hər gün gecə saat 3-ə qədər chatda söhbət edirlər. Samirin “istədiyin oğlan var?” sualına, Leyla “yox, mən bu hissin nə demək olduğunu bilmirəm” cavabını verdi. Həmin vaxt Turalın nələr çəkdiyini bir Allah bilir. Bunları sözlə ifadə etmək olmur, o sevdiyi, ailə həyatı qurmaq istədiyi qızı, başqa adla “bişirirdi”. Onu da qeyd edim ki qız həmin chata mobil telefon vasitəsiylə girirdi. Gecələrin birində qızın konturu qurtarır. Lakin söhbət o qədər maraqlıdır ki, onlar sağollaşmaq istəmirdilər. Birdən qız Turalı bir daha şoka salır. (Əslindən artıq şokluq bir şey qalmamışdı, hər şey gün kimi aydın idi) Samir təklif belə etmədiyi halda Leyla öz nömrəsini verir. Həyacandan özünü itirən Tural səhvə yol verib Leylaya (Samir adı ilə) öz nömrəsindən sms yazıb göndərir. Xoşbəxtlikdən sms getmir, çünki, Turalın da konturu qurtarıbmış. Hələ özünə gəlməmiş təzə aldığı nömrədən zəng vurub Leylanı elə bu an söymək, təhqir etmək, onun haqqında nə fikirləşdiyini demək istəyir, ancaq gecə saat arıq 3-dən keçdiyini, səsə valideynlərinin oyana biləcəyini fikirləşən Tural bu fikirdən yan keçir və sms yazır ki, saat çox gecdir, zəng etsəm rahat danışa bilməyəcəyik, gəl söhbəti sms vasitəsiylə davam etdirək. Ardıyca qıza 100 kontur gцndərir ki, Leyla cavab yaza bilsin. Leyla özünü sındırmayıb: “mən sənə nömrəni ona görə vermədim ki zəng edəsən, söhbetimiz yarımcıq qalmışdı ona görə verdim” cavabını verir. Oğlan söhbəti çox uzadmadan yarımcıq qalmış mövzunu davam etdirir. Səhəri gün təzə nömrədən qıza zəng vurur, lakin Leyla zəngə cavab vermir, sms yazaraq danışa bilmədiyini bildirir. Bu an, Turalın planları dəyişir, o artıq qızı görüşə çıxartmaq istəyir. Sms yazaraq, gorüşə qədər bir daha zəng vurmayacağını, ancaq görüşəndə üzbəüz söhbət edəcəklərini bildirir. Leylanın isə ağlına belə gəlmir ki, əslində Samir ona niyə zəng etməyəcək.
Tural artıq Leyladan, onun yalanlarından iyrənir, onunla nəyinki Tural kimi, heç Samir kimi də danışmaq istəmir. Ancaq başlanılmış məsələni sonuna çatdırmaq istəyi onu yalandan qızın üzünə gülməyə məcbur edir. İki gün keçmir, Samir Leylaya görüş təklif edir, qız razılaşmır ki, yox biz hələ bir-birimizi tanımırıq, bu da çox çəkmir, növbəti günə “Sahil” bağında, heykəlin qabağına görüş təyin olunur. Samiri görmək həvəsiylə alışıb-yanan, görüş yerinə tələsən Leylanı nələr gözlədiyini yatsa yuxusuna belə girməzdi. Leyla heykəlin 5 metr arxasında durur ki, ilk o Samiri görsün, lakin Tural onu artıq çoxdan orada gözləyirdi, sakitcə arxadan yaxınlaşır. Qız ayaq səslərindən arxada kiminsə olduğunu hiss edir, arxaya çönür və…. Tural! Leyla bir neçə saniyə donub qalandan sonra: “Tural? Sən burda neynirsən?
Tural, bəs sən burda neynirsən?
- Heç elə belə dayanmışam (Parkın ortasında elə belə dayanıb ).
-Yaxşı fikirləş, 100% elə belə dayanmısan yoxsa Samiri gözləyirsən?
Leyla özünü itirir, dodaq qaçır, səsi əsməyə başlayır…
- Samir? Yox Samir kimdi?
-Tural, şaaart bir sillə, Samir mənəm! Sən hər şeyi məhv etdin. Mən artıq hər şeyi bilirəm və səni birinci dəfə gördüyüm o qara günə lənət oxuyuram. Və daha nələr, nələr… Sonda Tural təzə aldığı nömrəni, Leylaya uzadaraq içində 500kb GPRS olduğunu bildirir, chata girəndə lazım olar, deyərək oradan uzaqlaşır!
Bu onların son görüşləri olur. O gündən sonra onlar bir daha görüşmürlər!

Report This Post